Rusiya ordusu Konstantinovka yaxınlığındakı iki yaşayış məntəqəsi uğrunda döyüşür

Rusiya ordusu Konstantinovka yaxınlığındakı iki yaşayış məntəqəsi uğrunda döyüşür

Ukraynada cəbhə xəttində hərbi aktivlik davam edir. Konstantinovka istiqamətində nəzarəti genişləndirmək məqsədilə hərbi əməliyyatların coğrafiyası növbəti yaşayış məntəqələrinə doğru irəliləyib.

ELAZ.İNFO xəbər verir ki, Rusiya qüvvələri iyulun 3-də Konstantinovka qəsəbəsini nəzarətə götürdükdən sonra şimal-qərb istiqamətində hücumu davam etdirərək eyni vaxtda iki yaşayış məntəqəsi — Osıkovo və Alekseyevo-Drujkovka uğrunda döyüşlərə başlayıb. Bu barədə hərbi ekspert Andrey Maroçko məlumat verib.

Maroçkonun sözlərinə görə, Rusiya hərbçilərinin şimal-qərb istiqamətində irəliləməsi Konstantinovanın tamamilə nəzarətə götürülməsi faktını bir daha təsdiqləyir. Ekspert həmçinin əlavə edib ki, hücum edən qüvvələr hazırda qeyd olunan istiqamətlərlə yanaşı, Konstantinovanın şimal-şərq hissəsində də təsir və nəzarət zonasını genişləndirməkdədir. Bölgədə şiddətli döyüşlərin davam etdiyi bildirilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın