Qlobal münaqişələrin artdığı bir dövrdə Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya miqyasında sabitliyin qorunması üçün maliyyə resurslarının ayrılması istiqamətində mühüm qərar qəbul edib. BMT Baş Assambleyası sülhməramlı əməliyyatların maliyyələşdirilməsi üçün yeni büdcəni rəsmən təsdiqləyib.
ELAZ.İNFO xəbər verir ki, təsdiqlənən yeni büdcənin həcmi 5,1 milyard ABŞ dolları təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu nəhəng məbləğ qlobal hərbi xərclərin cəmi 16 saatlıq ekvivalentinə bərabərdir. Yeni qəbul edilən qətnaməyə əsasən, üzv dövlətlər BMT-yə nağd pulla təmin olunmayan xərclənməmiş büdcə qalıqlarının geri qaytarılmasından yayınmağa imkan verən mühüm maliyyə razılaşması da əldə ediblər. Əgər bu qayda dəyişikliyi edilməsəydi, təşkilat hazırda 224 milyon dolları, 2027-ci ilin iyuluna qədər isə daha təxminən 900 milyon dolları geri qaytarmaq məcburiyyətində qalacaqdı.
Bildirilir ki, ötən ilki 5,38 milyard dollarlıq büdcə ilə müqayisədə buillik maliyyələşmə 9,7 faiz azalıb. Lakin əldə olunan yeni maliyyə mexanizmləri və üzv dövlətlərin üzvülük haqlarını vaxtında tam ödəməsi sülhməramlı missiyalara öz mandatlarını effektiv yerinə yetirməyə imkan verəcək. BMT-nin sülhməramlı xidmətinin rəhbəri Jan-Pyer Lakrua qərarı şərh edərək bildirib: “Beynəlxalq birliyi sülhə sərmayə qoymağa çağırdığımız bir vaxtda, bu qərarlar sülhməramlı missiyaların effektiv fəaliyyəti üçün lazımi resurslarla təmin olunması istiqamətində mühüm bir addımdır”.
Ruslan MƏMMƏDOV


