Rusiya vətəndaşlarının Avropa İttifaqına girişinə qadağa qoyulması təşəbbüsü tamamilə mənasız və axmaq bir fikirdir.
ELAZ.İNFO xəbər verir ki, bu barədə Slovakiyadan olan Avropa Parlamentinin deputatı Yudita Laşşakova müsahibəsində bildirib. Deputat bu təşəbbüsü irəli sürənləri tənqid edib: “Mən hesab edirəm ki, bu, axmaqlıqdır. Çox güman ki, belə bir təşəbbüsü məşğul olmağa başqa işi olmayan siyasətçilər irəli sürürlər”, – deyə o vurğulayıb. Qeyd edək ki, daha əvvəl Almaniya kansleri Fridrix Mersin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (XDU) partiyası Rusiya vətəndaşlarının Şengen vizası ilə Aİ ölkələrinə girişinə tam qadağa qoyulması ilə bağlı kampaniyaya start verib.
Ruslan MƏMMƏDOV
