Dövlət Duması miqrasiya sahəsində dövlət rüsumlarının dəfələrlə artırılmasını nəzərdə tutan yeni qanun paketini qəbul edib. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkəyə gələn əcnəbilər üçün xərclər əhəmiyyətli dərəcədə yüksəlib.
ELAZ.İNFO xəbər verir ki, qəbul edilən yeni qanunla rüsumlar aşağıdakı qaydada müəyyən edilib:
Vətəndaşlığa qəbul və ya imtina: 4 200 rubldan 50 000 rubla (12 dəfə artım);
Müvəqqəti yaşama icazəsi (RVP): 1 920 rubldan 15 000 rubla;
Daimi yaşama icazəsi (VNJ): 6 000 rubldan 30 000 rubla;
Giriş dəvətnaməsi: 960 rubldan 8 000 rubla;
Çoxdəfəli viza: 1 920 rubldan 6 000 rubla;
İş icazəsi: 4 200 rubldan 5 000 rubla qədər artırılıb.
Qanun bəzi kateqoriyalar üçün güzəştlər də nəzərdə tutur. SSRİ vətəndaşı olmuş və soydaşların köçürülməsi dövlət proqramında iştirak edən vətəndaşlığı olmayan şəxslər, habelə Rusiya Silahlı Qüvvələri ilə müqavilə bağlamış xarici hərbçilər və onların ailə üzvləri vətəndaşlıq və yaşama icazəsi rüsumlarından azad ediliblər. Dövlət Dumasının sədri Vyaçeslav Volodin qeyd edib ki, bu addım miqrantların ölkədə qalmasını iqtisadi cəhətdən əsaslandırılmış etmək məqsədi daşıyır. Yeni qanunun tətbiqi ilə federal büdcəyə illik 15 milyard rubldan çox əlavə vəsait daxil olacağı gözlənilir.
Ruslan MƏMMƏDOV
