Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Tələbə Basketbol Liqasının 2025/2026 mövsümünün bağlanış mərasimi keçirilib.
ELAZ.İNFO xəbər verir ki, liqanın final oyunları gərgin idman mübarizəsi ilə yadda qalıb: Azərbaycan Dövlət İqtisad Universitetinin komandası Bakı Dövlət Universitetini məğlub edərək üçüncü olub. Azərbaycan Texniki Universitetinin komandası Azərbaycan İdman Akademiyasının komandasına qalib gələrək mövsümün çempionu adını qazanıb Mərasimdə Elm və Təhsil Nazirliyinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və Azərbaycan Basketbol Federasiyasının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 8 ali təhsil müəssisəsinin komandasının iştirakı ilə 2025-ci ilin noyabrında start verilən liqanın təşkilatçılığını Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Basketbol Federasiyası həyata keçirib. Liqanın əsas məqsədi tələbələr arasında basketbolun təbliği, marağın artırılması, yığma komandaların formalaşdırılması və tələbələr arasında dostluq əlaqələrinin gücləndirilməsidir.
Ruslan MƏMMƏDOV
