Gömrük orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılan külli miqdarda narkotik vasitə məhv edilib

12.06.2026 Müəllif: Ruslan MƏMMƏDOV Şərh: 0

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə genişmiqyaslı məhvetmə prosesi həyata keçirilib.

ELAZ.İNFO xəbər verir ki, “Bakı Neft Maşınqayırma zavodu” MMC-nin ərazisində məhkəmə qərarları ilə müsadirə olunmuş ümumilikdə 5 ton 155 kq narkotik vasitə, psixotrop maddə və prekursorlar, eləcə də 140 min ədəd həb və 13 min 367 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

Məhvetmə prosesində müxtəlif dövlət qurumlarının, o cümlədən Baş Prokurorluq, Ali Məhkəmə, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, DTX, DSX, Ədliyyə, Səhiyyə nazirlikləri və TƏBİB-in nümayəndələri iştirak ediblər. Proses zamanı xüsusilə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin icraatında olmuş 18 cinayət işi üzrə aşağıdakı maddələr məhv edilib:

216 kiloqram 379,877 qram və 1156 həb. 1 kiloqram 249,572 qram və 2472 həb. Güclü təsir edən maddələr: 836 həb. Digər dərman vasitələri: 287 qutu və 684 həb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁 0
Ruslan MƏMMƏDOV