İranın Hormozqan əyalətində, Sirik şəhəri yaxınlığında bir sıra partlayışlar qeydə alınıb. Bu barədə İranın dövlət teleradio şirkəti IRIB məlumat yayıb.
ELAZ.İNFO xəbər verir ki, hadisə ilə bağlı digər məlumatlar belədir: Partlayışların mənbəyi və dəqiq yeri hələlik müəyyən edilməyib. Daha əvvəl İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahı ABŞ-ın İrandakı hədəflərə qarşı təkrarlanan zərbələri fonunda Hörmüz boğazında gəmilərin hərəkətini tamamilə dayandırmaq qərarı verdiklərini açıqlayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri isə boğazdan keçməyə cəhd edən ən azı iki gəmiyə zərbə endirdiklərini bəyan ediblər.
Ruslan MƏMMƏDOV
