Elm və təhsil naziri Emin Əmrullayev qiymətləndirmə sistemində yeni yanaşmanın vacibliyini vurğulayıb. Nazir qeyd edib ki, namizədlərin seçimində təkcə test nəticələri deyil, onların real bacarıqları əsas götürülməlidir.
ELAZ.İNFO xəbər verir ki, Emin Əmrullayev praktikada bəzən testdən yüksək nəticə göstərən şəxslərin praktik bacarıq baxımından uyğun olmadığını, əksinə, test nəticəsi yüksək olmayan, lakin real bacarığı güclü olan şəxslərin də mövcudluğunu diqqətə çatdırıb.
Namizədlərin qiymətləndirilməsində tək bir imtahanla kifayətlənmək doğru deyil. Namizədlərlə bir neçə mütəxəssis tərəfindən söhbət aparılmalı və onların real bacarıqları ölçülməlidir. Yalnız qiymətləndirmənin nəticəsi müsbət olduğu təqdirdə şəxs peşəyə qəbul edilməlidir. Emin Əmrullayevin fikrincə, bu yanaşma peşəkar kadrların seçilməsində daha dəqiq və ədalətli nəticələr verəcək.
Ruslan MƏMMƏDOV
