ELAZ.İNFO xəbər verir ki, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” “yaşıl enerji dəhlizi”nin yaradılması regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Sofiyada bolqarıstanlı həmkarı Velislava Petrova-Çamova ilə birgə mətbuat konfransında bu barədə bildirib.
O, həmçinin energetikanın Türkiyə ilə Bolqarıstan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu vurğulayıb: “Münasibətlərimiz hər il genişlənir, şaxələnir və dərinləşir”.
“Ötən il Bakıda Azərbaycan və Gürcüstanın iştirakı ilə “yaşıl elektrik enerjisi”nin ötürülməsi və ticarəti sahəsində əməkdaşlıq haqqında imzalanmış memorandum enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, həmin il imzalanmış elektrik enerjisi və enerji səmərəliliyi sahəsində əməkdaşlıq memorandumu sayəsində Bolqarıstanla enerji sahəsində əməkdaşlığımıza təkan veririk”, – Fidan qeyd edib.
Aydan
