2026-cı il dünya çempionatının açılış matçında Meksika millisi Cənubi Afrika Respublikasının komandası ilə qarşılaşıb. Mexiko şəhərindəki “Azteka” stadionunda keçirilən görüş 2:0 hesabı ilə başa çatıb.
ELAZ.İNFO xəbər verir ki, İlk qolu 9-cu dəqiqədə Julian Kinyones vurub. 67-ci dəqiqədə isə Raul Ximenes fərqlənib. İkinci hissədə baş hakim üç oyunçunu meydandan qovub: 49-cu dəqiqədə CAR oyunçusu Sfifelo Sitxoul, 84-cü dəqiqədə isə həmin komandanın digər üzvü Temba Zvane meydandan kənarlaşdırılıb. Meksika millisinin kapitanı, Moskva “Lokomotiv”inin müdafiəçisi Sesar Montes isə əlavə olunmuş vaxtda qırmızı vərəqə alıb. Moskva “Dinamo”sunun futbolçusu Luis Çaves 66-cı dəqiqədə oyuna daxil olub. Meksika millisinin digər oyunçusu Xilberto Mora 17 yaş 240 günlüyündə meydana çıxaraq dünya çempionatlarında iştirak edən ən gənc oyunçulardan biri olub. Meksika millisi 3 xalla A qrupunun lideridir. Qrupun digər matçında CAR 18 iyunda Çexiya ilə, Meksika isə 19 iyunda Cənubi Koreya ilə qarşılaşacaq. “Azteka” stadionu üç dünya çempionatına ev sahibliyi edən ilk arena kimi tarixə düşüb. Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyulun 19-da başa çatacaq və turnirdə ilk dəfə 48 komanda mübarizə aparır.
Ruslan MƏMMƏDOV
