Azərbaycan qanunvericiliyindən “arvad” sözü çıxarılacaqmı?

Azərbaycan qanunvericiliyindən “arvad” sözünün çıxarılması təklif olunur.

Bu təklifi Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı”nın müzakirəsi zamanı səsləndirib.

Deputat qanunvericilikdən arvad sözünün çıxarılmasını təklif edib. O bildirib ki, biz qanunvericilikdə qadını hələ də “arvad” adlandırırıq.

Bəhruz Məhərrəmov vurğulayıb ki, “Ola bilsin ki, nə zamansa bu, qəbulolunan ifadə olub, amma dil inkişafdadır, münasibətlərin inkişafı, təbii ki, semantikanın da transformasiyası deməkdir. Amma açıq deyək, bu gün heç bir xanım ona qeyd etdiyim bu ifadə ilə müraciət edilməsini arzulamaz. Ona görə də Ailə Məcəlləsi başda olmaqla, bütövlükdə qanunvericilikdə, o cümlədən gələcəkdə Konstitusiyada aidiyyəti dəyişikliyin aparılması yaxşı olar”.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın