ELAZ.İNFO xəbər verir ki, Talibanın nəzarəti altındakı Əfqanıstan İslam Əmirliyi dövləti qızlar üçün minimum evlilik yaşını ləğv edən yeni ailə qanunu təsdiqlədi.
İndi bu, yetkinlik yaşına çatmayan körpə qızlar üçün bu ölkədəki İslam hüququnun məktəbinə görə, evlilik 9 yaşda da mümkün hesab olunur.
Atalar və babalar yetkinlik yaşına çatmayan qızları ərə verə biləcəklər və susmaq razılıq hesab edilə bilir. Pedofiliyanın qanunlaşması,
uşaq nikahlarının, körpə qız uşaqlarına qarşı zorakılığın, təcavüzün leqallaşdırılmasıdır bu. Alçaq pedofil manyaklara şərait yaratmaqdır.
Bəşəri, insani, əxlaq dini sayılan İslam buna niyə icazə versin? Bu dinin bir vahid böyüyü, alim, ağsaqqalı, dünya üzrə müdrik ali ruhani qurumu yoxdurmu, çıxıb desin ki, ay oğul, ay bala, belə olmaz! Körpə qızlarla bu cür rəftar uşağın sağlamlığı, həyatı, əxlaqını məhv edir!
P. S. Hələ gəlib Azərbaycanda da qurmaq istədilər bu əxlaqsız acı zülməti, Kərimə dövləti adı ilə.
İlqar ALTAY
