Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bölgələrdə vətəndaşların qəbulu və polis orqanlarına xidmətə qəbulla bağlı növbəti tədbirlərini keçirəcək.
ELAZ.İNFO xəbər verir ki, iyunun 4-də Qazax rayonunda vətəndaş qəbulu, Ağstafada isə polis orqanlarında və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışı baş tutacaq. Vətəndaş qəbulu Qazax Rayon Polis Şöbəsinin inzibati binasında təşkil olunacaq. Qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinləri iştirak edə bilərlər.
Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı qəbula yazılmaq istəyən vətəndaşlar 03.06.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına müraciət etməlidirlər. Həmçinin DİN-in “E-Polis” mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə də qeydiyyatdan keçmək mümkündür. Polis orqanlarında və daxili qoşunlarda xidmət etmək istəyən namizədlərin sıra baxışı iyunun 4-də saat 08:00-da DİN Daxili Qoşunların Ağstafa rayonunda yerləşən hərbi hissəsində keçiriləcək. Qəbula və sıra baxışına gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini təqdim etmələri xahiş olunur.
Ruslan MƏMMƏDOV
