ADNSU-da Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı tədbir baş tutub. Tədbirdə universitetin rəhbər heyəti ilə yanaşı, müəllimlər və tələbələr də fəal iştirak ediblər.

ELAZ.İNFO xəbər verir ki, rəsmi hissədən sonra ADNSU-nun rektoru, dosent Rüfət Əzizovun təşəbbüsü ilə tələbələrlə səmimi görüş və söhbət təşkil olunub.

Görüşdə iştirak edən qonaqların və ziyalıların gənclərlə bağlı təəssüratları bəndlər şəklində aşağıdakı kimi qeyd olunub: Tələbələrin gələcəklə bağlı planları, dövlətimizə və cəmiyyətimizə faydalı olmaq istiqamətindəki böyük arzuları və fəallığı görüş iştirakçılarında çox xoş təəssürat yaradıb. Tədbir iştirakçıları vurğulayıblar ki, vətənini sevən, özünüinkişafı hədəfləyən və geniş dünyagörüşünə malik olan belə düşüncəli gənclər Azərbaycanın işıqlı gələcəyinin ən böyük təminatıdır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın