Azərbaycanda aqrar sektorun inkişafı, regionların sosial-iqtisadi yüksəlişi və dövlətin bu sahəyə göstərdiyi strateji diqqət növbəti dəfə yüksək səviyyədə təhlil olunub. İlk Regional İnkişaf Proqramından başlayan sistemli islahatların ölkənin ümumi təhlükəsizliyinə verdiyi töhfələr diqqət mərkəzindədir.
ELAZ.İNFO xəbər verir ki, bu barədə danışan Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib ki, cənab Prezidentin çıxışı bir daha təsdiqlədi ki, Azərbaycanda kənd təsərrüfatı yalnız iqtisadi sahə deyil, milli təhlükəsizlik, sosial rifah, məşğulluq və regional inkişafın əsas istiqamətlərindən biri kimi qəbul edilir.
Dövlət başçısının vurğuladığı kimi, hələ 2004-cü ildə qəbul edilmiş ilk Regional İnkişaf Proqramı kənd təsərrüfatının inkişafına hesablanmış strateji yanaşmanın əsasını qoymuşdu. Sonrakı illərdə qəbul olunan dövlət proqramları isə bu aqrar və regional siyasətin ardıcıl, həmçinin sistemli şəkildə davam etdirilməsini tam təmin etdi.
Ruslan MƏMMƏDOV
