Ukraynaya TNB atılacaq?

Rusiya son günlər Ukraynaya çoxsaylı irimiqyaslı hava zərbələri endirib. Müharibə başlayandan bu yana ilk dəfə Rusiya Kiyevə ardıcıl olaraq çox güclü zərbələr endirib. Bir neçə qərar qəbul etmə mərkəzləri də vurulub.

 Politoloq Asif Şəfəqqətov baş verən bu hadisələrə aydınlıq gətirərək ELAZ.İNFO-ya deyib ki, “Bu sıradan bir zərbədir. Bundan güclüsü də olub. Yəni qeyri-adi zərbə deyil. Ola bilər, raket sayı əvvəlkilərdən bir az çox olub, amma dron sayını daha çox olduğu zərbələr olub. Qərarqəbuletmə mərkəzləri boş söhbətdir. Qərar qəbul edənlər binalarda oturmurlar, hamısı bunkerlərdə gizləniblər. Ukraynanın Starobelsk (Luqansk) kollecinə zərbə endirməsindən asılı olmayaraq, bu zərbə olacaqdı. Ukraynanın (Avropanın) kollecə zərbə endirməsinin heç bir hərbi məqsədi yoxdur. Onda məqsəd yalnız təxribat ola bilər – Rusiya rəhbərliyini ictimaiyyətin qəzəbinə “su səpmək” üçün Ukraynaya TNB atmağa məcbur etmək”.

Asif Şəfəqqətov əlavə edib ki, “bu da o deməkdir ki, ya Avropanın Ukraynanı saxlamağa, ya da Ukraynanın müqavimət göstərməyə gücü qalmayıb – ən son vasitələrə əl atmağa məcburdurlar. Yəqin ki, belə təxribatlar artacaq. Rusiya təxribata reaksiya versə, onların oyununa girəcək. Onlar buna gedirlərsə, deməli, Rusiyanın taktikası effektivdir – elə də davam edəcək. Bu gecəki zərbə də həmin taktikanın tərkib hissəsidir – arxa cəbhəni sistemli şəkildə sıradan çıxartmaq”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın