ABŞ ilə razılaşma əldə olunarsa, Hörmüz boğazındakı vəziyyət müharibədən əvvəlki vəziyyətə qayıtmayacaq, lakin boğazdan keçə biləcək gəmilərin sayı 30 gün ərzində müharibədən əvvəlki səviyyəyə qayıdacaq.
ELAZ.İNFO xəbər verir ki, Tasnim-in məlumatına görə İranın Hörmüz boğazı üzərində suverenliyini vurğulayaraq, razılaşmaya əsasən, dəniz blokadasının 30 gün ərzində tamamilə aradan qaldırılmalı olduğunu bildirib. Həmçinin bildirilib ki, dəniz blokadası aradan qaldırılmasa, Hörmüz boğazında heç bir dəyişiklik olmayacaq və boğazdan keçid və naviqasiya ilə bağlı hər hansı bir dəyişiklik ABŞ-ın layihə müqaviləsindəki digər öhdəliklərini yerinə yetirməsindən asılı olacaq. Bundan əlavə, potensial layihə müqaviləsində İran tərəfindən ABŞ-ın İran ətrafındakı qüvvələrini geri çəkmək öhdəliyinin vurğulandığı qeyd edilib.
Layihə müqaviləsində həmçinin ABŞ və İran arasında “1-2 məsələ” üzrə hələ də fikir ayrılıqlarının olduğu və ABŞ maneələr yaratmağa davam edərsə, yekun razılaşmanın mümkün olmayacağı bildirilib.
Həmçinin ABŞ tərəfindən tətbiq edilən Hörmüz boğazının blokadasının sona çatması ilə bağlı prosedurlar üçün 30 günlük, nüvə məsələsi ilə bağlı danışıqlar üçün isə 60 günlük müddət müəyyən ediləcəyi açıqlandı.
Tasnim agentliyi İranın hələ nüvə məsələləri ilə bağlı heç bir razılığa gəlmədiyini bildirib.
İlahə BAYINDIR
