İran prezidenti Məsud Pərzeşkian ölkəsinin nüvə silahı istehsal etməyi hədəfləmədiyini bildirərək deyib ki, “Biz dünyaya nüvə silahı ardınca getmədiyimizə zəmanət verməyə hazırıq”.
ELAZ.İNFO xəbər verir ki, Reuters-in məlumatına görə Pezeşkian deyib ki, “ölkəsi qeyri-sabitlik və iğtişaş yaratmaq tərəfdarı deyil, lakin İsrail də öz növbəsində qeyri-sabitliyi qorumaq və “Böyük İsrail” arzusunu həyata keçirmək üçün hər fürsətdən istifadə edir.
Pərzeşkian təkrarlayıb ki, “Biz dünyaya nüvə silahı ardınca getmədiyimizə zəmanət verməyə hazırıq”, lakin İran danışıqlar qrupu ölkənin şərəf və ləyaqəti təhlükə altında olduqda heç vaxt geri çəkilməyəcək”.
İlahə BAYINDIR
