Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətin yerdəyişməsi prosesində daha bir mühüm mərhələyə qədəm qoyulub. Elm və Təhsil Nazirliyi tərəfindən idarə olunan sistemdə namizədlər üçün elektron müraciət pəncərəsi yenidən açılıb.
ELAZ.İNFO xəbər verir ki, mayın 23-ü saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi (MİD) müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilib.
Müsabiqədə iştirak edən müəllimlər üçün ayrılan zaman kəsiyi və yerinə yetirilməli olan əsas addımlar müəyyən olunub: Müsabiqə üzrə vakansiya seçimi prosesi mayın 26-sı saat 11:00-dək aktiv olacaq. Seçim edən müəllimlər qeyd olunan rəsmi tarix və saata qədər müvafiq vakansiyaları müəyyənləşdirib, öz şəxsi kabinetlərində elektron ərizələrini mütləq şəkildə təsdiqləməlidirlər.
Təsdiqlənməyən ərizələr proqram tərəfindən nəzərə alınmayacaq. Namizədlərə vakansiya seçimi zamanı diqqətli olmaq və prosesi son saatlara saxlamamaq tövsiyə olunur.
Ruslan MƏMMƏDOV
