Səssiz qatil

Cəlilabadda dəhşətli ölüm: 23 yaşlı Şükran dəm qazının qurbanı oldu ELAZ.İNFO xəbər verir ki, Cəlilabad rayonunda gənc qadının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Hadisə yanvarın 5-dən 6-na keçən gecə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini, 2003-cü il təvəllüdlü İsayeva Şükran Sakit qızı yaşadığı evin hamam otağında dəm qazından boğulub. Yaxınları onu huşsuz vəziyyətdə tapsalar da, gənc qadının həyatını xilas etmək mümkün olmayıb. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə rayon morquna təhvil verilib. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

“Səssiz qatil”dən necə qorunmalı? Qeyd edək ki, “səssiz qatil” adlandırılan dəm qazı iysiz və rəngsiz olduğu üçün insan tərəfindən hiss edilmir. ELAZ.İNFO oxucularına xatırladır ki, bu cür faciələrdən qorunmaq üçün Hamam otaqlarında mütləq ventilyasiya (havaçəkən) sistemi olmalı; Qapının aşağı hissəsində hava axını üçün dəliklər açılmalı; Su qızdırıcılarının tüstü bacaları mütəmadi olaraq təmizlənməlidir

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights