Vətəndaşların müraciətlərinin yerindəcə araşdırılması və sosial problemlərin operativ şəkildə həll edilməsi məqsədilə bölgələrdə keçirilən səyyar qəbullar intensiv xarakter alıb. Bu cür görüşlər dövlət orqanları ilə əhali arasında birbaşa və səmərəli dialoqun qurulmasına xidmət edir.
ELAZ.İNFO xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov növbəti səyyar görüş keçirib. Dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2026-cı ilin iyun ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, iyunun 23-də Şirvan Şəhər Mərkəzi Xəstəxanasında səyyar görüş keçirilib.
Səyyar görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərləri və tibb işçiləri iştirak ediblər.
Ruslan MƏMMƏDOV
