AGTL rəhbərliyi və üzv şirkətlər 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisini ziyarət ediblər

Ölkəmizdə sahibkarlığın inkişafı, yerli istehsalın dəstəklənməsi və şirkətlər arasında yeni biznes platformalarının qurulması istiqamətində mühüm tədbirlər davam etdirilir. Bu cür sərgi və biznes forumlar yerli markaların həm daxili, həm də xarici bazarlarda mövqeyinin güclənməsinə böyük təkan verir.

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) rəhbərliyi və assosiasiyaya üzv şirkətlərin nümayəndələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisini ziyarət ediblər.

Ziyarət zamanı qonaqlar sərgidə təmsil olunan yerli şirkətlərin məhsul və xidmətləri ilə yaxından tanış olub, müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin təqdim etdiyi yenilikləri nəzərdən keçiriblər. Eyni zamanda, assosiasiyaya üzv şirkətlərin stendləri ziyarət olunub, onların logistika, gömrük təmsilçiliyi, nəqliyyat və təchizat zənciri sahələrində təqdim etdikləri xidmətlər və innovativ həllər barədə ətraflı məlumat əldə edilib.

Görüşlər çərçivəsində biznes əlaqələrinin genişləndirilməsi, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və yeni tərəfdaşlıq imkanları ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Sərginin yerli şirkətlərin tanıdılması, işgüzar əlaqələrin möhkəmləndirilməsi və sahibkarlar arasında əməkdaşlığın təşviqi baxımından yüksək əhəmiyyəti xüsusi vurğulanıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın