Niyə alman mütəxəssisləri bizim səhiyyədə uğurlarımızı öyrənməyə gəlmir?

ELAZ.İNFO xəbər verir ki, MM-in Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov bu ilin əvvəlində İTV-də dedi ki, adambaşına düşən səhiyyə xərcləri ölkəmizdə 400 manat, Avropa ölkələrində isə 5-6min evrodur. Sonra qeyd edib ki, bizdə səhiyyə son 4-5 ildə yüksək səviyyədə inkişafa nail olub.

Adambaşına düşən dövlət büdcəsinin səhiyyə xərclərinə tibb işçilərinin maaşı, dərman və tibbi avadanlıqların alınması, kommunal və təsərrüfat xərcləri, tibbi mebel və yumşaq inventarların alınması və s… daxildir.

R.Mahmudov çıxışında onu da qeyd etdi ki, səhiyyənin büdcəsi son dörd ildə 400 faiz artıb, ancaq onkoloji xəstələrin müalicəsi üçün ayrılan vəsaitin artırılmasına ehtiyac var. Tibbi xidmət əmtəənin bir növüdür, onun pulla ifadə olunan dəyəri vardır.

Hörmətli Rəşad müəllim, bu göstərici ilə bizim səhiyyə heç zaman inkişaf edə bilməz, ən azından getdikcə çoxalan onkoloji xəstələrin bahalı dərmanlarını almaq mümkün deyil.

Almaniyada adambaşına düşən səhiyyə xərcləri xərcləri illik 5600 dollar, Fransa, Norveç, Niderland və digər ölkələrdə bu göstərici dörd min dollardan əksik deyil. Bizdə sadəcə bu xərclərdən daha çox ailə büdcəsi xərclənir.

Hiss olunur ki, R.Mahmudov səhiyyə göstəricilərinin mühüm istiqamətlərini dilə gətirməməklə sudan quru çıxmağı bacarır.

Buradan belə nəticəyə gəlmək olar ki, bizim səhiyyə 400 manatla inkişaf edir, ancaq Almaniya isə 5,5 min dollarla bizim qədər inkişaf etmir.

Görəsən, niyə alman mütəxəssisləri bizim səhiyyədə uğurlarımızı öyrənməyə gəlmir?

P.S. Millət vəkili S.Aran da deyir ki, xaricə gedən həkimlərə hallallıq vemək olmaz, onda sən də niyə deputat oldun???

Faiq MƏMMƏDLİ

Bizi izləyin və paylaşın