40 günlük döyüş təlimləri başa çatdı

Qlobal dəniz təhlükəsizliyi və Sakit okean hövzəsində hərbi güc balansı fonunda aparıcı dövlətlərin strateji hərbi dəniz qüvvələri real döyüş hazırlığını artırmaqda davam edir. Regionda müşahidə olunan qarşılıqlı hərbi nəzarət və aktivlik beynəlxalq analitiklərin diqqət mərkəzindədir.

ELAZ.İNFO xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun (XAO) Hərbi Dəniz Qüvvələrinə məxsus “Lyaonin” aviasiya daşıyıcı qrupu uzaq dəniz ssenarili döyüş hazırlığını tamamlayaraq bazar ertəsi günü sağ-salamat öz doğma limanına geri dönüb.

Hərbi Dəniz Qüvvələrinin rəsmi bəyanatında bildirilir ki, aviaqrup Cənubi Çin dənizində və Sakit okeanın qərb sularında 40 gündən artıq davam edən real döyüş şəraitinə uyğunlaşdırılmış genişmiqyaslı təlimlər keçirib.

Təlim müddətində Yaponiya gəmiləri və hərbi təyyarələri Çinin dəniz birləşmələrinin yaxınlığında dəfələrlə sıx müşahidə missiyası həyata keçirib. Bəyanata əsasən, bu gəmi və təyyarələrlə qarşılaşma zamanı “Lyaonin” qrupu yüksək döyüş hazırlığı rejimini qoruyub. Çin tərəfi Yaponiya tərəfinin təhlükəli adlandırdığı hərəkətlərinə peşəkar və ağlabatan şəkildə reaksiya vermək məqsədilə gəmidəki qırıcı təyyarələrini havaya qaldırıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın