Gənc kadrların əmək bazarına hazırlanması və peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi istiqamətində uğurlu addımlar davam etdirilir. Regionlarda fəaliyyət göstərən təhsil müəssisələri tələbələrin peşəkar vərdişlərə yiyələnməsində mühüm rol oynayır.
ELAZ.İNFO xəbər verir ki, Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyi PHŞ-də “Bərbər-vizajist-manikürçü” ixtisası üzrə təhsil alan 1 illik qrup tələbələrinin Dövlət buraxılış–ixtisas imtahanı uğurla keçirilmişdir.
İmtahan Dövlət Attestasiya Komissiyasının iştirakı ilə tam şəffaf, obyektiv və yüksək məsuliyyət şəraitində təşkil olunmuşdur. Tələbələr imtahan zamanı həm nəzəri biliklərini, həm də təhsil müddətində qazandıqları praktiki bacarıqlarını yüksək səviyyədə nümayiş etdirərək öz peşə hazırlıqlarını uğurla təsdiqləmişlər.
İmtahanda göstərilən yüksək nəticələr tələbələrin artıq bu sənətin bütün incəliklərinə dərindən yiyələndiyini və gələcək müstəqil əmək fəaliyyətlərinə tam hazır olduqlarını bir daha sübut edir.
Məzunlarımızı bu mühüm mərhələni uğurla başa vurduqlarına görə ürəkdən təbrik edir, onlara gələcək peşəkar karyeralarında bol uğurlar arzulayırıq!
Ruslan MƏMMƏDOV
