“Bayraktar KIZILELMA”


ELAZ.İNFO xəbər verir ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar KIZILELMA” sınaq təlimlərində görmə məsafəsindən uzaqda hərəkət edən hədəfi “hava–hava” tipli raketlə vuraraq dünya aviasiya tarixində ilkə imza atdı.

KIZILELMA Türkiyənin müdafiə sənayesinə hansı töhfəni verəcək sualına Avrasiya Strateji Araşdırmalar Mərkəzinin (ASAM) başqanı Dr. Eray Güçlüer bildirib ki, KIZILELMA, havada hərəkət edən hədəfi ASELSAN tərəfindən yerli istehsal olan radar idarəetməsi və TÜBİTAK tərəfindən yerli istehsal olan GÖKDOĞAN raketi ilə vuran ilk pilotsuz uçuş aparatıdır.

Sözardı: Bu hadisə dünya mediasında ciddi maraq doğurdu. Hətta bu hadisədən sonra Yunanıstanın müdafiə naziri Türkiyənin Yunanıstan üçün təhdid yaratdığını iddia edərək Egey dənizindəki yüzlərlə adaya raket yerləşdirəcəyini açıqladı.

Natəvan BƏYDİLİ

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights