2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə Azərbaycan sədrlik edəcək

08.10.2026

ELAZ.İNFO xəbər verir ki, Qırğızıstan Prezidenti Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib ki, Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək.

Qırğızıstan Prezidenti Sadır Japarov bildirib ki, “İcazə verin, hörmətli İlham Əliyevi 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə ilk sədrliyi Azərbaycanın qəbul etməsi münasibətilə səmimi qəlbdən təbrik edim. Əminəm ki, Azərbaycanın sədrliyi birgə işimizə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yeni təkan verəcək. Qırğız Respublikası lazımi dəstəyi göstərməyə və Azərbaycanın sədrlik prioritetlərinin uğurla həyata keçirilməsinə kömək etməyə hazırdır”.

Natəvan Bəydili

Bizi izləyin və paylaşın
👁21
Teqlər: