Zelenski Rusiyaya yeni təklif verdi: “Enerji obyektlərinə zərbələri dayandıraq”


ELAZ.İNFO xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə enerji obyektlərinə hücumların dayandırılması barədə razılaşmaya hazır olduqlarını açıqlayıb.
Zelenski Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla görüşündən sonra jurnalistlərə bildirib ki, Moskva Ukraynanın enerji sisteminə zərbələri dayandırsa, Kiyev də Rusiyanın enerji infrastrukturuna hücumları dayandırmağa hazırdır.
Ukrayna lideri bunun qarşılıqlı şəkildə həyata keçirilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, məsələ Tramp ilə görüşdə müzakirə olunub, lakin Ukraynanın birtərəfli qaydada Rusiya neft obyektlərinə hücumları dayandırması barədə razılaşma olmayıb.
Təklifin Rusiya tərəfindən necə qarşılanacağı isə hələlik məlum deyil.
İlahə BAYINDIR
13





