Türkiyə Qara dənizdə təhlükəsizliyə diqqəti artırır

23.09.2026

ELAZ.İNFO xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Polşa Prezidenti Karol Navroçki ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlərlə yanaşı, Rusiya-Ukrayna müharibəsi və Qara dənizdə təhlükəsizlik məsələləri də müzakirə olunub.

Ərdoğan Türkiyənin müharibənin başa çatması üçün diplomatik səylərini davam etdirdiyini bildirib. Ankara xüsusilə Qara dənizdə gəmiçilik və naviqasiya təhlükəsizliyinin qorunmasına diqqət yetirir.

Türkiyə və Polşa arasında ticarət əlaqələrinin genişləndirilməsi və müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi də görüşün əsas mövzuları sırasında olub.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁14
Teqlər: