Özbəkistan və Türkmənistan Azərbaycanla bağlı regional toplantıya hazırlaşır

23.09.2026

ELAZ.İNFO xəbər verir ki, Özbəkistan və Türkmənistan liderləri telefon danışığı zamanı Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında keçiriləcək qarşıdakı görüşə hazırlıq məsələlərini müzakirə ediblər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov regional gündəmlə yanaşı, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi məsələsinə də toxunublar.

Tərəflər enerji, nəqliyyat və digər sahələrdə birgə layihələrin həyata keçirilməsini müzakirə edib. Şavat-Daşoğuz birgə ticarət zonasının fəaliyyətinin səmərəli təşkili də diqqət mərkəzində olub.

Görüşdə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın qarşıdakı məsləhətləşmə toplantısı və Türkmənistanda keçiriləcək MDB sammitinə hazırlıq məsələləri də nəzərdən keçirilib.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
👁12