-“Siyasi təhlildə ən maraqlı cəhətlərdən biri baş vermiş hadisələrin sonradan təhlil edilməsidir. Bu zaman maraqlı ssenarilər yazmaq olur. Məsələn İran müharibə başlayan kimi ABŞ-la lap başdan anlaşsaydı nə olardı? Hadisələr necə cərəyan edə bilərdi?”
ELAZ.İNFO -ya danışan politoloq Zaur İbrahimli daha sonra bildirir ki, “Oman danışıqlarında nüvə məsələsində istənilən güzəştlərə gedib, daha yaxşı imkanlar əldə etmək olardımı? Doğurdanmı Tehranada düşünürdülər ki, ABŞ-ın hələ hegomon olduğu dünyada ona nüvə silahı yaratmağa imkan verərlər? Fərqli cavablar olacaq, fərqli ssenarilər irəli sürüləcək, ona görə keçmişi analiz etmək çox maraqlıdı”.
Zaur İbrahimlinin fikrincə “İrana uranı zənginləşdirmək imkanı tanımayacaqlar. Tehran buna yox deyib və deyir. Yəni 2015-ci il razılaşması İsrail üçün qəbuledilməzdir. Respublikaçılar qaldığı müddətdə İsralin bu mövqeyi əsas olacaq. İranın bunun üçün nə texniki, nı elmi, nə infrastruktur potensialının qalmasını istəmirlər. SEPAH isə çalışdığı budur ki, əsas odur potensial qalsın. Müharibə buna görə başladı və davam edir”.
İlahə BAYINDIR
