Ağasəf İmran:- “Paşinyana sağlığında heykəl qoyulmalıdır”

Hazırda Ermənistanda seçki prosesi gedir. Nikol Paşinyan seçilə biləcək ya yox?! Bu zamanla öz həllini tapacaq bir məsələdir.

ELAZ.İNFO-ya danışan politoloq Ağasəf İmran söyləyir ki, “Paşinyan nəinki yenidən seçilməlidir, hətta ona sağlığında heykəl də qoyulmalıdır. Niyə? Ona görə ki, o, Azərbaycanla Ermənistan arasında gedən 44 günlük savaşda 20 min erməni əsgərini məhv olmaqdan və əsir düşməkdən xilas etdi. İkincisi, Azərbaycanın antiterror əməliyyatı zamanı 10 min erməni əsgərini Azərbaycan ərazisindən sağ-salamat çıxardı. Üst-üstə, 30 min erməni əsgərinin həyatını qurtarıb. Bu, Paşinyanın erməni xalqı qarşısında ən böyük xidmətidir. Ona görə Paşinyana bu ölkədə sağlığında heykəl qoyulmalıdır”.

Politoloq onu da qeyd edir ki, “Paşinyan bununla həm erməni xalqına, həm də erməni dövlətçiliyinə töhfə vermiş oldu”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın