samara-yerustu-neqliyyat-dayandirildi-ivan-noskov-elaz-info.

Yerüstü ictimai nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb

Rusiyanın Samara şəhərində təhlükəsizlik tədbirləri çərçivəsində yerüstü nəqliyyatın hərəkətində fasilə yaranıb. Sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi rejim tətbiq olunub.

ELAZ.İNFO xəbər verir ki, Samara şəhərində yerüstü ictimai nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Bu barədə şəhər rəhbəri İvan Noskov özünün “X” (keçmiş “Twitter” / “Max”) sosial şəbəkə hesabında məlumat paylaşıb. Şəhər rəhbəri qeyd edib ki, yerüstü nəqliyyat dayandırılsa da, yeraltı nəqliyyat fəaliyyətini davam etdirib: Yerüstü ictimai nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Metro adi rejimdə işləyir, sığınacaq kimi istifadə etmək üçün metrostansiyalara giriş sərbəstdir.

Son rəsmi məlumatlara görə, tətbiq edilən müvəqqəti məhdudiyyətlər artıq aradan qaldırılıb və şəhərdə yerüstü nəqliyyatın hərəkəti tamamilə bərpa olunub. Qeyd edək ki, bundan əvvəl regionda raket təhlükəsi elan edilmiş, həmçinin Kazan, Samara və Ulyanovsk hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər qoyulmuşdu.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın