Afrika qitəsində təsir dairələri uğrunda mübarizə və beynəlxalq təhlükəsizlik məsələləri qlobal güclərin diqqət mərkəzində qalmağa davam edir. Xüsusilə son dövrlər fərqli regionlarda baş verən münaqişələrin Afrika ölkələrinə də sıçraması barədə bəyanatlar siyasi gündəmi məşğul edir.
ELAZ.İNFO xəbər verir ki, Malidə ukraynalı muzdluların və terrorçu qruplaşmaların fəallığının artması ehtimalını istisna etmək olmaz. Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Georgi Borisenko məlumat verib. Rusiya XİN rəsmisi Qərb və Kiyevin həm Rusiyaya, həm də Afrika dövlətlərinə zərər vurmağı hədəflədiyini iddia edib:Heç bir ssenarini istisna etmək olmaz. Çünki biz bir çox Qərb ölkələrinin və xüsusilə Ukraynanın həm Rusiyaya, həm də Afrikada suveren və müstəqil dövlətlərin formalaşması prosesinə mane olmaq, onlara zərər vurmaq üçün hər vəchlə çalışdıqlarını aydın şəkildə görürük”.
Yüksək rütbəli diplomatın sözlərinə görə, hazırda bir çox Afrika ölkələri keçmiş metropoliyaların (müstəmləkəçi dövlətlərin) diktəsini və Qərbin hər hansı neokolonialist yanaşmalarını qəti şəkildə rədd edir. Bu fonda regionda sabitliyi pozmağa yönəlmiş xarici müdaxilə cəhdləri narahatlıq doğurur.
Ruslan MƏMMƏDOV


