“Yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı”

09.10.2026

ELAZ.İNFO

Azərbaycan prezidenti İlham Əliyev: “Siyasətdə emosiyalara yer yoxdur. Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı.”


Həqiqətən də Azərbaycan prezidenti cənab İlham Əliyev, bütün ölkələrin prezidentlərinə siyasi və dövlət fəaliyyətində emosiyalara qapılmamaqda nümunədir. Bu gün dünyada aparılan müharibələrin əsas səbəbi heç bir beynəlxalq qanunlara əsaslanmayan, öz iddiaları ilə müharibə edənlərdir. Daha böyük əraziləri nəzarət altında saxlamaq iddiaları, bu gün dünyada olan müharibəlrin əsas səbəbidir. Heç bir beynəlxalq və tarixi əsası olmayan idialardan doğan emosiyalar, bütün müharibələrin səbəbidir. Rusiya Ukrayna müharibəsi, ABŞ, İsrail İran arasında olan müharibələrin heç bir tarixi və beynəlxalq əsası yoxdur. Amma böyük qırğnlara, fəlakətləsə səbəb olan müharibələrin sonu görünmür. Bu müharibələrin səbəbi iddialardır və bu iddiaların yaratdığı emosiyalardır!
Azərbaycan isə ikinci Qarabağ müharibəsində öz ordusu ilə bütün işğal olunmuş torpaqları azad etdikdən sonra, müharibəni saxladı və 30 ilin işğaıçısına sülh təklif etdi. Azərbaycan Prezidenti, Ali Baş Komandanı heç bir emosiyaya qapılmadı və BMT-tərəfindən tanınan ərazilərdə işğala son qoydu, müharibəi saxladı. Halbu ki, xalqımız ordumuzun 1920-ci il AXC-nin sərhədlərinə qədər irəlləməsini istəyirdi. Buna Azərbaycan xalqının həm tarixi, həm də hüquqi əsası var. Çünki, Azərbaycan SSRİ-i tərkibinə AXC-nin sərhədləri ilə qatılmışdır. Yəni ərazimiz 114 min kv km idi. Yəni Ordumuz bala Göyməyə qədər irəllədikdə, Göyçə gölünə çatmaq üçün heç bir maneə yox idi. Bizim tam tarixi və hüquqi, qanuni haqqımız var idi ki, Göyçəni və Qərbi Zəngəzuru da işğaldan azad edək. Ümumiyyətlə Azərbaycan dünyada yeganə ölkədir ki, bütün istiqamətlərdə tarixi torpaqlarız var. Geosiyasi güclər bizim tarixi, qanuni torpaqlarımızı öz geostrateji maraqları üçün parşalayıblar.


İkinci Qaraabağ müharibəsində Azərbaycanın tam haqqı var idi ki, Sovet dövründə tam qanunsuz Ermənilərə verilən Göyçəni, Qərbi Zəngəzuru da işğaldan azad etsin! Çünki Ermənilərə 1918-ci ildə AXC rəhbərləri sülh naminə və geosiyasi güclərin fasiləsiz təzyiqləri ilə İravan və ətraf torpaqları, 9 min kv km ərazini Ermənilərə veriblər. 20 min kv km ərazini isə Sovet Rusiyası Haylara tam qanunsuz, Azərbaaycan xalqının razılığı olmadan verib.
Bütün bunlara baxmayaraq, tam haqqı və hüquqları olmasına baxmayaraq, Azərbaycan Prezidenti Ermənlərin işğal etdiyi Şərqi Zəngəzuru, Qarabağa azad etdikdən sonra, emosiyalara qapılmadı. O Beynəlxalq aləm tərəfindən tanınan sərhədlərə qədər torpaqlarımızı azad etdi. Baxmayaraq ki, dəqiq inanıram ki, cənab Prezident İlham Əliyev Əlirza babasının yurdunu, qədim Zəngəzuru da işğaldan azad etmək üçün, bəlkə də hamdan çox buna həvəsli və iddialı idi. Amma o emosiyalara qapılmadı. Beynəlxalq aləmdə olan bütün güclərin Ermənistanı dəstəkləmk üçün, bu güclərin bizə qarşı böyük hücuma keçməsinin qarşısını almaq üçün ağlı, iradəsi, geostrateji təfəkkürü, hiss və duyğularına qalib gəldi.
Biz o qədər güclü idik ki, ordumuz irəlləsə idi həqiqətən də, üçüncü zəfər Tağını İrəvanda ucaldardır. Amma cənab Prezident “nəyi, nə zaman, necə etmək lazım olduğunu” bəyan edib!
Bir daha qeyd edim ki, Prezident cənab İlham Əliyevə emosiyalara qapılmamaqda, bütün prezidentlərə nümunədir! Bütün dövlətlərin prezidentləri emosiyalarını cilovlaya bilsələr, o zaman da dünyada müharibələrə son qoyula bilər.

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın
👁33
Teqlər: