Bu gün Azərbaycan Respublikasının güclənməsi heç bir qonşumuzu qorxutmasın!

09.10.2026

ELAZ.İNFO

İranda, Rusiyada və başqa ölkələrdə Azərbaycan dilində proqramlar yaradıb ölkəmizə qarşı gecə-gündüz yalanlar, iftiralar yayaraq, xalqımızın beynini zəhərləyən, insanlarımızı dövlətə qarşı qoymağa cəhətlər, bütün bunlar, bizə qarşı məkirli düşmənlərin apardığı ideoloji, İnformasiya müharibəsinin tərkib hissəsidir.

Tarixi hadisələr elə gətirib ki, bu gün Azərbaycan Respublikasına qonşu olan bütün ölkələrin hər birində Azərbaycanın tarixi torpaqları qalıb. Dəmir Qapı Dərbənd, Borçalı, Qərbi Azərbaycan, müasir İranın bütün ərazisi. Müasir İran İngilis cəsuslarının farslaşdıraraq forpalaşdırdığı (1800-1925) tarixi Azərbaycan ölkəsi olub. Bu gün biz bunların heç birinə iddia edib, onlara qarşı hücum etmirik! Belə bir fikirimiz də yoxdur! Amma nə edək ki, gün müasir Azərbaycan Respublikasını güclənməsi, inkişafı, qonşularda qorxu yaradır. Qorxu yaradır ki, Azərbaycan dövləti güclənər və tarixi torpaqlarını tələb edər. Azərbaycan Respublikasının belə fikri yoxdur! Güney Azərbaycan və bütün İranda 40 milyon Azərbaycan Türkləri öz tarixi torpaqlarında yaşayır. Bu 40 milyon insan, öz haqqını, hüquqlarını almalıdır! Bu onların ən adi insani hüquqlarıdır.


Çox zaman İranda olan televiziya, radio və internet şəbəkələrindən eşidirik ki,”Azərbaycan Respublikası İrandan ayrılıb. Şimali Azərbaycan İrana birləşməlidir.” Doğru deyirlər, biz birləşməliyik! Amma gəlin 101 il əvvəl olan tarixə baxsaq. Azərbaycan Qacarlar dövləti zamanı, Azərbaycan Türklərinin hakimiyyəti zamanı, Rus və İngiltərə imperiaları tərəfindən, xain siyasətlə iki yerə bölündük. Biz ayrılanda nə İran adlı dövlət var idi, nə də Farslar hakimiyyətdə idi. İran adlı məkan yenidən Azərbaycan Türklərinin hakimiyyətində olsa, yəni İranda Azərbaycan Türkləri hakimiyyəti bərpa etsə, İran nə İngilisin, nə Rusun, nə də ABŞ-ın oyuncaq dövləti yox, həqiqi müstəqil və qüdrətli dövlət olsa, bax o zaman, bəli, Şimali Azərbaycan da birləşib gücümüzə güc qatıb qüdrətli olarıq. Amma bu gün 101 ildir adını İran qoyaraq ya Rusiyanın, ya İngiltərənin, ABŞ təsiri altında oyuncaq dövlətlə birləşməyi qətiyyən düşünmürük!
Bu gün Azərbaycan Respublikasının güclənməsi heç bir qonşumuzu qorxutmasın!
Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi “Nəyi deyiriksə, onu da edirik! Biz iki üzlü, riyakar siyasət aparmırıq!”

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın
👁18
Teqlər: