Rusiyanın ən böyük neft emalı zavodlarından biri bombalanıb


ELAZ.İNFO xəbər verir ki, Ukrayna ordusu Rusiyanın ən böyük, Ukraynadan təxminən 2500 kilometr aralıda olan neft emalı zavodunu bombalayıb.
Ukrayna ordusu hücumu təsdiqləyib. Omsk neft emalı zavodu dövlətə məxsus “Qazprom Neft” şirkətinin idarəçiliyi altındadır. Bu müəssisə daha əvvəl də iyul ayında hücuma məruz qalmış və fəaliyyəti bir müddət dayandırılmışdı.
Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, enerji infrastrukturu və yaşayış məntəqələri hərbi hücumların hədəfində qalır.
Aydan
35





