avtomobillərin satışı qadağan edilir

“yarımçıq avtopilotlu” avtomobillərin satışı qadağan edilir: Yeni sərt qaydalar gəlir

Avtomobil sənayesində sürətlə yayılan muxtar (özü-özünü idarə edən) sürücülük texnologiyaları həm sürücülərin işini asanlaşdırır, həm də təhlükəsizlik baxımından yeni suallar doğurur. Xüsusilə bir çox istehsalçının sadə köməkçi sistemləri marketinq gedişi olaraq “tam avtopilot” kimi təqdim etməsi qlobal bazarlarda ciddi narahatlığa səbəb olur. Dünyanın ən böyük avtomobil bazarına sahib olan Çin bu sahədə asayişi bərpa etmək üçün radikal addım atmağa hazırlaşır.

ELAZ.İNFO xəbər verir ki, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi ölkə bazarında təqdim olunan asan və kommersiya təyinatlı avtomobillərin avtonom idarəetmə sistemlərinə dair yeni məcburi standartları ehtiva edən “Ağıllı qoşulmuş nəqliyyat vasitələri” sənədini dərc edib. Yeni qaydalara əsasən, istehsalçılar avtomobillərinin avtonomluq dərəcəsini yalnız beynəlxalq SAE təsnifatına uyğun göstərməli olacaqlar. Bununla da avtopilot terminindən marketinq hiyləsi kimi istifadə edilməsinin qarşısı alınacaq.

Hazırda SAE beynəlxalq standartı muxtar idarəetmənin 5 səviyyəsini müəyyən edir: Səviyyə 0: Heç bir avtomatlaşdırma yoxdur. Səviyyə 1: Sistem yalnız bir funksiyanı (məsələn, adaptiv kruiz-kontrol) idarə edir. Səviyyə 2 (Qismən avtomatlaşdırma): Avtomobil eyni vaxtda həm zolaqda saxlama, həm də sürətlənmə/tormozlamanı idarə edə bilir, lakin sürücü daim yola nəzarət etməlidir. Səviyyə 3: Sistem müəyyən şərtlərdə (məsələn, magistral yolda) avtomobili özü idarə edir. Səviyyə 4 (Yüksək avtomatlaşdırma): Sürücünün daimi diqqəti tələb olunmur, lakin çətin vəziyyətdə idarəetməni ələ almalıdır. Səviyyə 5: İnsan müdaxiləsi olmadan, istənilən şəraitdə tam avtonom idarəetmədir (hazırda heç bir kommersiya sistemi bu səviyyəyə çatmayıb).

Yeni standarta əsasən, L3 və L4 səviyyəli avtopilota malik avtomobillərdə avtonom sürücülük məlumatlarını qeyd edən xüsusi DSSAD sisteminin, yəni avtomobilin “qara qutusunun” quraşdırılması məcburi olacaq. Eyni zamanda, şirkətlər hazırladıqları sistemlərin bütün istismar dövriyyəsi boyu risklərinə nəzarət etməli və mütəmadi olaraq proqram təminatını təkmilləşdirməlidirlər.

Çində bu sərt tələblərin 1 iyul 2027-ci il tarixinədək qüvvəyə minməsi planlaşdırılır. Artıq sertifikat almış və istehsalda olan mövcud modellərə isə uyğunlaşmaq üçün bir illik möhlət veriləcək.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın