Ulduzların dili: Bürclər haqqında bilmədiyimiz maraqlı faktlar

Qədim dövrlərdən bəri insanlar səmanı müşahidə edərək ulduzların düzülüşü ilə insan xarakteri arasında bir bağlılıq axtarıblar. Bu gün astrologiya elmi bürcləri dörd əsas element üzrə qruplaşdıraraq hər bir fərdin daxili dünyasını şərh etməyə çalışır.

ELAZ.İNFO xəbər verir ki, bürclər sadəcə 12 işarədən ibarət deyil, onlar insanın emosional və intellektual potensialının simvolik xəritəsidir. İndi bürcləri sadəcə gündəlik proqnoz hesab edənlər bir məqama diqqət etsinlər ki, hər bir bürc mənsub olduğu elementin (Od, Torpaq, Hava, Su) enerjisini daşıyır və bu, insanın həyata baxış bucağını formalaşdırır.

  • Od bürcləri (Qoç, Şir, Oxatan): Enerjili, təşəbbüskar və liderlik xüsusiyyətləri ilə seçilirlər. Onlar həyatı ehtirasla yaşamağı sevirlər.
  • Torpaq bürcləri (Buğa, Qızlı, Oğlaq): Realist, səbirli və etibarlıdırlar. Maddi sabitlik və nizam-intizam onlar üçün prioritetdir.
  • Hava bürcləri (Əkizlər, Tərəzi, Dolça): Ünsiyyətcil, intellektual və yeniliyə açıqdırlar. Onlar üçün azadlıq və fikir mübadiləsi hava və su kimi vacibdir.
  • Su bürcləri (Xərçəng, Əqrəb, Balıqlar): Həssas, intuitiv və emosional dərindirər. Onlar dünyanı hissləri ilə qavrayırlar.

Mütəxəssislər bildirirlər ki, bürcünüz nə olursa-olsun, insanın xarakterini yalnız Günəş bürcü deyil, həm də Ay bürcü və yüksələn bürcü müəyyən edir. Bu səbəbdən bürcləri dərindən öyrənmək insanın həm özünü, həm də ətrafındakıları daha yaxşı anlamasına kömək edə bilər.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights