Toy karvanında qaydaları pozmaqla nə göstərirdilər?
-“Ağsu rayonunda toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücülər polis əməkdaşları tərəfindən saxlanılıblar”.
ELAZ.İNFO Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyevin verdiyi xəbərə istinadən bildirir ki, “Mercedes” və “Tofas” markalı avtomobillərlə təhlükəli manevrlər edən Cəmil Qurbanov və Yusif Yusifov törətdikləri avtoxuliqanlıq hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdə də paylaşıblar.
Məhkəmənin qərarı ilə onların hər biri sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib”.
elaz.info
