Tehran bu dəfə yenə çox irəli gedir

ELAZ.İNFO xəbər verir ki, Tehranda Azərbaycana qarşı aksiya keçirilib.
SEPAH-a yaxın media qurumlarında və sosial media kanallarında məlumat yayılı ki, bazar günü İran hökumətinə bağlı qurumların təşkilatçılığı ilə Tehranda Azərbaycan Respublikasının səfirliyi qarşısında Azərbaycana qarşı aksiya keçirilib.
İran hökumətinə yaxın bir qrup tələbə Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində şagirdlər üçün tətbiq olunan vahid geyim qaydalarına etiraz etdiyini iddia edərək toplaşıb. Lakin onların qaldırdıqları plakatlardakı şüarlar əslində hicab bəhanəsi ilə Azərbaycanın daxili işlərinə və xarici siyasətinə müdaxilə xarakteri daşıyır.
Dini məsələlərdən qonşu dövlətə qarşı siyasi hücum vasitəsi kimi istifadə edilməsi, xüsusilə də bu, sərt və təhrikedici şüarlarla müşayiət olunduqda, qarşı dövlətlərin milli suverenliyinə təhdid kimi xarakterizə oluna bilər.
Natəvan Bəydili





