Yarım qalmış işi başa çatdırmaq lazımdır

ELAZ.İNFO xəbər verir ki, İranın ətrafındakı çənbərdə yenidən alovlar yüksələcək ,deyəsən.
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı gələn həftə keçiriləcək parlament seçkilərində onun “möhtəşəm qələbə” qazanacağına ümid etdiyini bildirib.
Netanyahu söhbətin videosunu yayımlayaraq İsrailə İrana qarşı hücumlarda qoşulduğuna görə Trampa təşəkkür edib və iki ölkənin qarşıda hələ “yarımçıq işi” olduğunu deyib. O, bu işi birlikdə başa çatdıracaqlarını vurğulayaraq İranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcəklərini bildirib.
İsrail və ABŞ-ın İrana qarşı yenidən hərbi əməliyyat keçirməsi ehtimalı gündəmdədir.
Aydan
29




