Böyük Yürüş”ün 90 İlliyi Qeyd Olunur

21.10.2026

Bu il Çin Qırmızı Ordusunun hərb və siyasi tarixində dönüş nöqtəsi sayılan əfsanəvi “Böyük Yürüş”ünün (Long March) başa çatmasının 90-cı ildönümü qeyd olunur.

ELAZ.INFO xəbər verir ki, 1934-cü ilin oktyabrından 1936-cı ilin oktyabrınadək davam edən bu yürüş Çin Kommunist Partiyasının və ölkənin inqilab mübarizəsinin taleyini dəyişən əsas hadisələrdən biri hesab olunur. İki il ərzində Qırmızı Ordu qüvvələri onları təqib edən və mühasirəyə almağa çalışan 1 milyondan çox düşmən qoşununa qarşı müqavimət göstərərək ölkə boyu 12 500 kilometr məsafə qət edib. Bu çətin yürüşün sonunda Şimali Çində yeni inqilabi baza qurulub.

Çin Xalq Respublikasının Sədri Si Tsinpin “Böyük Yürüş”ün ruhunu insanlıq tarixinin böyük qəhrəmanlıq salnaməsi kimi yüksək qiymətləndirib. Si Tsinpin Quanqsi-Çjuan Muxtar Regionuna səfəri çərçivəsində Quançjou rayonundakı Syançzyan çayı döyüşünə həsr olunmuş memorial Kompleksi ziyarət edib. ÇXR rəhbəri bu döyüşü Çin inqilabı üçün “həyat və ya ölüm” məsələsi olan həlledici məqam kimi səciyyələndirib:

1934-cü ilin sonlarında Quanqsida baş verən döyüşdə Qırmızı Ordu Qomindan qoşunlarının blokadasını yara bilsə də, böyük itkilər verib. Yürüşə çıxan 86 min əsgərdən 50 min dən çoxu bu döyüşdə həlak olub. Döyüş səhnələrini əks etdirən rəsmləri incələyən Si Tsinpin döyüş meydanında qəhrəmancasına həlak olan 29 yaşlı rotalar komandiri Çen Şuşanın şücaətini xüsusi vurğulayıb. Çin lideri çağırış edərək bildirib ki, qarşıda duran hər hansı çətinlik və blokadaları dəf etmək üçün “Böyük Yürüş”ün və Syançzyan çayı döyüşünün qəhrəmanlıq ruhunu xatırlamaq lazımdır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁40