Orta qulaq infeksiyaları mövsümü gəldi

Qış aylarında daha çox rast gəlinən yuxarı tənəffüs yolları infeksiyaları, uşaqlarda orta qulaq infeksiyaları və qulaqda maye toplanması riskini artırır. Xüsusilə qapalı və insanların sıx olduğu mühitlərdə daha çox vaxt keçirmək bu halların tezliyini yüksəldir. Qulaq-burun-boğaz (QBB) xəstəlikləri mütəxəssisləri ailələrə erkən diaqnoz və müntəzəm müayinələrə üstünlük verməyi tövsiyə edib.
Uşaqların qış aylarında qapalı və insanların sıx olduğu məkanlarda daha çox vaxt keçirməsi yuxarı tənəffüs yolları infeksiyalarının artmasına səbəb olur. Bu da öz növbəsində, xüsusilə uşaqlarda orta qulaq infeksiyalarının və orta qulaqda maye toplanması hallarının artması ilə nəticələnir. Ailələr diqqətli olmalı və erkən diaqnozun qoyulmasını təmin etməlidirlər.
Uşaqlarda orta qulaq infeksiyalarının daha tez-tez rast gəlinməsinin anatomik səbəbləri var. Uşaqlarda orta qulağın havalanmasını təmin edən Yevstaxi borusu böyüklərlə müqayisədə daha qısa və daha üfüqi vəziyyətdə yerləşir. Bu da orta qulağın tıxanmaya və infeksiyaya qarşı daha həssas olmasına səbəb olur. Qış aylarında artan yuxarı tənəffüs yolları infeksiyaları da bu vəziyyəti tətikləyir. Orta qulaq infeksiyası ilə qulaqda maye toplanmasının fərqli hallar oldur. Orta qulaq infeksiyası adətən qulaq ağrısı, qızdırma və qulaqdan axıntı kimi əlamətlərlə özünü büruzə verir. Qulaqda maye toplanması isə infeksion xəstəlik deyil. Bu hal qızdırma və ya ağrıya səbəb olmur; əksinə, çox vaxt eşitmə itkisi, kiçik uşaqlarda nitq inkişafının gecikməsi və ya məktəb yaşlı uşaqlarda tədris göstəricilərinin aşağı düşməsi kimi əlamətlərlə müşahidə olunur.
Adilə Vəliyeva Pediator





