491 Gün Təkbaşına Mübarizə Ukraynalı Əsgərin İnanılmaz Hekayəsi

21.10.2026

Ukrayna Silahlı Qüvvələrinin 49 yaşlı piyadası Konstantin Vlasenko 491 gün ərzində öz mövqeyini təkbaşına müdafiə edərək hərb tarixünə düşəcək misilsiz bir igidlik göstərib.

ELAZ.INFO xəbər verir ki, ağır yaralanmalar və qanqrena səbəbindən ayaqlarını itirən hərbçi nəhayət ki, dron vasitəsilə təxliyə edilib. Bu, aviasiya vasitəsi istifadə olunmadan hərbçinin dəniz/hava vasitəsilə havadan dronla təxliyə edildiyi dünya hərb tarixində ilk belə əməliyyat olub. Kupyanşina istiqamətində quyu və drenaj borularında sığınacaq quraraq mübarizə aparan
Konstantin Vlasenko jurnalist Yuri Butusova verdiyi müsahibəsində başından keçənləri belə anladıb

“Məni orduya heç kim zorla gətirməyib. Mənim zavodda işlədiyim üçün möhlət hüququm var idi. Amma bizim müəssisədən uşaqları aparmağa başlayanda özüm hərbi komissarlığa gedib meni xidmətə götürmələrini xahiş etdim.”

Düşmənin onu əvəzləməyə gələn digər əsgərləri vurmasından sonra Döyüşçü komandirinə müraciət edərək yanına heç kəsi göndərməməsini istəyib:

“Məni əvəzləmək istəyən yoldaşlarım və onların cəsədini götürməyə gələn komandirlər həlak oldular. Ondan sonra komandirə dedim ki, yanıma heç kimi göndərməsin. Mənim təkbaşına orada ölməyim, uşaqların mənə görə yolda həlak olmasından daha yaxşı idi.”

Rusiya tərəfinin səsgücləndiricilərlə ona təslim olmaq təkliflərinə imtina cavabı verən hərbçi, düşmən zərbələri zamanı kömür tökülən çuqun barmaqlıqların altında gizlənərək sağ qalıb. Yaralı əsgərin xilas edilməsi üçün Ukrayna Ordusu xüsusi ağır PUA-dan (dron) istifadə edib:

“Dron yanıma enib mühərrikini söndürdü. Mən onun altına sürünərək özümü təhlükəsizlik kəməri ilə karabinə bərkitdim. Kameraya “OK” işarəsi göstərib, uşaqlara olan sevgimi bildirmək üçün əlimlə ürək işarəsi tutdum. Çayın üzərindən uçub keçdik. Hündürlükdən qorxmurdum, sadəcə üzə bilmədiyim üçün suya düşməkdən ehtiyat edirdim.”

Hazırda xəstəxanada müalicəsini davam etdirən qəhrəman əsgərin vəziyyəti sabit qiymətləndirilir.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın
👁26