İran Prezidentindən Sərt Bəyanat

İran Prezidentindən Sərt Bəyanat: “Tələblərimiz Yerinə Yetirilməyənədək Vaşinqtonla Danışıqlar Olmayacaq” İran Birləşmiş Ştatlar ilə münasibətlərdə mövqeyini daha da sərtləşdirərək, Tehranın şərtləri təmin edilməyənədək Vaşinqtonla hər hansı danışıqların aparılmayacağını bəyan edib.
ELAZ.INFO xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Tehranda səfərdə olan Pakistanın Ordu Komandanı, Marşal Asim Munir ilə görüşündə regional prosesləri və vasitəçilik səylərini müzakirə edib. Pezeşkian görüş zamanı Tehranın tələbləri yerinə yetirilməyənədək ABŞ ilə heç bir diplomatik təmasın mümkün olmadığını vurğulayıb.
Pakistan ABŞ və İran arasında uzun müddətdir ki, əsas vasitəçi tərəf kimi çıxış edir. Ötən iyun ayında İslamabadın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti sülh razılaşması – “İslamabad Memorandumu” imzalanmışdı. Lakin bu razılaşmanın ömrü qısa olub. Sazişdən cəmi bir neçə həftə sonra ABŞ və İran arasında hərbi toqquşmaların və gərginliyin yenidən alovlanması nəticəsində diplomatik proses iflasa uğrayıb.
İran tərəfinin bu son bəyanatı İslamabadın regionda sülhü bərpa etmək istiqamətindəki yeni diplomatik cəhdlərini daha da mürəkkəbləşdirir.İran Birləşmiş Ştatlar ilə münasibətlərdə mövqeyini daha da sərtləşdirərək, Tehranın şərtləri təmin edilməyənədək Vaşinqtonla hər hansı danışıqların aparılmayacağını bəyan edib.




