Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq

ELAZ.İNFO xəbər verir ki,müdafiə sənayesi əməkdaşlığı gücləndirmək məqsədilə Türkiyə, Qətər, Pakistan və İndoneziya arasında Qətərin paytaxtı Dohada anlaşma memorandumu imzalanacaq.
Bu anlaşma Türkiyənin Müdafiə Sənayesi İdarəsinin koordinasiyası ilə həyata keçirilir. Birgə əməkdaşlıqda istehsal, texnologiya transferi, elmi-tədqiqat işləri və təchizat zəncirlərinin inteqrasiyasını nəzərdə tuturulur.
Dörd ölkə arasında mövcud layihələr əsasında qurulacaq əməkdaşlıq çərçivəsində Türkiyənin Pakistanla hərbi gəmi, İndoneziya ilə isə “KAPLAN MT” orta sinif tankının hazırlanması sahəsində təcrübəsindən istifadə edəcəyi bildirilir.
Aydan
17




