ABŞ Sosial Təminat Administrasiyası 40 Milyondan Çox Qeydiyyat Yazısında Düzəliş Edib

21.10.2026

ABŞ Sosial Təminat Administrasiyası (SSA) dələduzluq hallarının qarşısını almaq məqsədilə Agentliyin 91 illik tarixindəki əsaslı təmizləmə əməliyyatını həyata keçirib.

ELAZ.INFO xəbər verir ki, qurum aktiv Sosial Təminat Nömrələrinin (SSN) təxminən 15%-ində – olum-ölüm və vətəndaşlıq haqqında çatışmayan məlumatları bərpa edərək qeydləri yeniləyib. Sosial Təminat Administrasiyasının açıqladığı rəsmi göstəricilər: Əvvəllər sistemdə ölüm məlumatı çatışmayan 17 milyon qeydə dəqiq ölüm tarixləri əlavə olunub. Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) SAVE xidmətindən alınan məlumatlar əsasında vətəndaşlıq statusu qeyd olunmamış 25 milyon sistem yazısı düzəldilib. Qurum hazırda vətəndaşlıq statusu qeyri-dəqiq olan daha 8,5 milyon qeydin tənzimlənməsi istiqamətində iş aparır.

SSA Komissarı Frank Bisinano bildirib ki, dəqiq SSN qeydləri federal proqramlar üzrə dələduzluğun qarşısını alır və müavinətlərin düzgün bölüşdürülməsini təmin edir. Məlumat üçün bildirək ki, bu addım Prezident Donald Trampın dövlət sosial təşkilatlarında israfçılıq və dələduzluq hallarına qarşı elan etdiyi mübarizə proqramının tərkib hissəsidir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁23