Kəşfiyyat Məlumatlarının Mübadiləsi.Vaşinqtonun Reaksiyası!!!

Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ştatların Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etdiyini bildirib.
ELAZ.INFO xəbər verir ki, Birləşmiş Ştatlar rəsmiləri isə bu kəşfiyyat məlumatlarının ötürülməsinin heç vaxt dayanmadığını bəyan ediblər. Kiyev və Vaşinqton arasındakı bu ziddiyyətli bəyanatlar iki tərəf arasında gərginləşən münasibətlərin növbəti göstəricisi kimi qiymətləndirilir.
Kiyev tərəfinin məlumatına görə, son dövrlərdə Rusiyanın energetika infrastrukturuna endirdiyi zərbələr fonunda ABŞ-dən kəşfiyyat məlumatlarının alınmasında fasilələr yaransa da, hazırda bu proses yenidən bərpa olunub.
Lakin ABŞ-nin Dövlət Katibi Marko Rubio iddiaları təkzib edərək, Birləşmiş Ştatların Ukraynaya kəşfiyyat dəstəyini heç vaxt dayandırmadığını və məlumat mübadiləsinin fasiləsiz davam etdiyini vurğulayıb.
Mütəxəssislərin fikrincə, tərəflərin ziddiyyətli çıxışları ABŞ administrasiyası ilə Ukrayna rəhbərliyi arasında hərbi-strateji əməkdaşlığın mövcud mərhələsində müəyyən anlaşılmazlıqların və fikir ayrılıqlarının olduğunu göstərir.
Ruslan MƏMMƏDOV




