Yuxudan boğulma hissi ilə oyanırsınızsa, diqqətli olun!

ELAZ.İNFO xəbər verir ki, xoruldama gündüz yorgunluğu və diqqət cəmləməkdə çətinlik yarana bilər.
Xoruldama, nəfəsalmada fasilələr və yuxu zamanı boğulma hissi ilə oyanma kimi əlamətlərin “yuxu apnoesi”nə (yuxuda tənəffüsün dayanması) işarə ola bilər.Gündüzlər həddindən artıq yuxululuq, yorğunluq, diqqəti cəmləməkdə çətinlik və səhərlər baş ağrısı kimi hallar yuxu apnoesi ilə əlaqəli ola bilər. Əgər xoruldama nəfəsalmada fasilələrlə müşayiət olunursa, mütləq tibbi müayinədən keçmək lazımdır.
Xoruldama, yuxu zamanı yuxarı tənəffüs yollarının daralması nəticəsində baş verə bilər. Hər xoruldama halı mütləq ciddi bir xəstəliyin əlaməti deyil. Əgər xoruldama ilə yanaşı nəfəsalmada fasilələr, gündüzlər yuxululuq və yorğunluq kimi hallar müşahidə edilirsə, yuxu apnoesindən şübhələnmək lazımdır. O, həmçinin xoruldamanın səbəbləri, yuxu apnoesinin əlamətləri və diaqnostika prosesi haqqında ətraflı məlumat verib.
Yuxu zamanı yuxarı tənəffüs yollarındakı əzələlərin boşala biləcəyini və bunun tənəffüs yollarının daralmasına, hava axınındakı titrəyişlərin isə xoruldamağa səbəb ola bilər. Xoruldamanın tezliyi, yuxu əsnasında tənəffüsün dayanıb-dayanmaması və insanın gün ərzində özünü necə hiss etməsi vacib amillərdir. Yuxu zamanı tənəffüsün dayandığının həyat yoldaşı və ya digər yaxınlar tərəfindən müşahidə edilməsi, yaxud insanın boğulma hissi ilə oyanması və ya gecə ərzində tez-tez yuxudan ayılması yuxu apnesi baxımından qiymətləndirilməli olan əlamətlərdir.
Yuxu apnesi ilə əlaqəli tənəffüs fasilələrinin yuxu keyfiyyətini aşağı sala bilər. Yuxu zamanı toxumalara çatan oksigen miqdarının azalması və yuxunun tez-tez bölünməsi orqanizmin lazımi dərəcədə dincəlməsinə mane olur. Nəticədə, bu vəziyyət gündüzlər həddindən artıq yuxululuq, yorğunluq, diqqəti cəmləməkdə çətinlik və səhərlər baş ağrısı kimi problemlərə yol aça bilər.
Adilə Vəliyeva Pediator.




